08 İyul 2026
Kateqoriyasız

Qriqorçukun etirafı

“Oyun gözlədiyimiz kimi çətin keçdi. Sumqayıtda süni örtüklü meydançada oynamaq ağırdır.  Əvvəlki oyunlarla müqayisədə baxımlı futbol sərgiləyə bilmədik. Amma ümumi götürsək, çox da ideal olmayan meydançadakı oyunu qalib başa vurduğumuza görə şadam”. 

İdmanxeber.com-un məlumatılna görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Çalışdırıcı daha sonra sözlərinə belə davam edib:

“Elvin Camalovu meydançadan çıxarmağımın səbəbi sarı vərəqə alması idi. Düşündüm ki, gənc oyunçu digər epizodlarda ehtiyat eləməz, passivində sarı vərəqəsi olduğunu unudar. Yaxşı ki, onun yerinə meydançaya daxil olan Ruslan Tağızadə qırmızı vərəqəni daha tez yox, bir qədər gec aldı. Bu isə sözsüz ki, heç də yaxşı məqam deyil”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43