Hazırda davam edən “İnter” – “Neftçi” matçında insident yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, bir qrup “Neftçi” azarkeşi komandanın baş məşqçisi Arif Əsədovu istefaya səsləyib. Bundan sonra polis və azarkeşlər arasında xoşagəlməz olay baş verib.
Asayiş keşikçiləri həmin azarkeşləri bayıra çıxardıblar.

