Kateqoriyasız

“Neftçi” braziliyalı ilə yolları ayırdı

“Neftçi” futbolçusu Ramon Maçado ilə yollarını ayırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında transfer olunmuş Maçado “Neftçi”də 28 oyun keçirib, 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43