Kateqoriyasız

“Neftçi” ilə oyun öncəsi “Bney Yehuda”da ciddi itkilər

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin qonağı olacaq “Bney Yehuda” Bakıya itkilərlə gəlir.

İdmanxeber.az-ın məlumatına görə, Təl-Əviv təmsilçisi kapitan İtzik Azuz, eləcə də Amit Zenati və Eytan Velblum zədə səbəbindən Bakıdaya gətirə bilməyib.

İsrail klubu  təmsilçisi bu gün səhər çarter reysi ilə səfərə çıxıb.

Qeyd edək ki, sabah  “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43