19 İyun 2026
Premyer Liqa

“Neftçi” ilə oyun öncəsi “Xəzər Lənkəran”ın baş məşqçisindən iddialı açıqlama

“Günə iki məşq etməklə “Neftçi” ilə oyuna hazırlaşırıq. Zədəlilərimiz var. Çalışacağıq ki, onları müayinədən keçirib oyuna kimi tam hazır edək”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

Cənub klubunun  çalışdırıcısı “Neftçi” ilə oyunda yalnız qələbə qazanmaq haqda düşündüklərini gizlətməyib:

“Bu oyuna əlavə motivasiya yoxdu. Bir məqsəd var o da qələbə. Çalışacağıq ki, qələbəsizliyə bu oyunda son qoyaq”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu aprelin 10-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43