“Neftçi”dən problemlə ayrılan və klubdan FİFA-ya şikayət edən Emil Mpenza ilə Bakı klubu arasında razılıq əldə edildiyini bildirmişdik.
İdmanxeber.com-un məlumatına görə, klub tərəfindən verilən açıqlamada Mpenzaya olan 800 000 avroya yaxın borcun hissə-hissə ödəniləcəyi deyilmişdi.
Belçika millisinin sabiq futbolçusu bunu təsdiqləyib. O bildirib ki, “Neftçi”nin pulu olmadığı üçün buna razılaşıb: “Bəli, biz razılaşmışıq. Onlar pullarımı hissə-hissə verəcəklər. Əslində, razılaşmayacaqdım. Amma bilirəm ki, “Neftçi”nin pulu yoxdur. Onlar hazırda heç də yaxşı durumda deyillər. Ona görə də razılıq əldə etdik”.
“Qafqazinfo”