Misli Premyer Liqasının XII turunda “Neftçi” doğma meydanda “İmişli”ni qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, görüş öncəsi iki komanda da rahatdır. Belə ki, heyətlərdə cəzalı və ya zədəli futbolçu yoxdu.
Bölgə təmsilçisində yalnız əməliyyat olunan Vüsal Qəmbərov meydana çıxa bilməyəcək.
“Neftçi”də isə yalnız baş məşqçi Samir Abasov cəzalıdır.
Xatırladaq ki, qarşılaşma saat 17:30-da start götürəcək.

