19 İyul 2026
Ölkə futbolu

“Neftçi” və “Sabah” onun üçün yarışır – 300 minlik təkliflə

“Qəbələ”nin futbolçusu Emil Səfərov Premyer Liqa klublarımızın diqqət mərkəzindədir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Neftçi” və “Sabah” yarımmüdafiəçinin xidmətində maraqlıdır. Hər iki tərəf futbolçu üçün “Qəbələ”yə 300 min manat təzminat ödəməyə hazır olduğunu bildirib.

“Qırmızı-qaralar” hələlik Səfərovla bağlı müraciətləri cavablandırmır. Millimizin futbolçusunun daha öncə “Qarabağ”ın da maraq dairəsində olduğu bildirilmişdi.

Xatırladaq ki, Emil Səfərovun bölgə klubu ilə 2025-ci ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43