Kateqoriyasız

“Neftçi”də böyük ayrılıq reallaşır

"Qəbələ" daha bir futbolçu ilə güclənə bilər.

İdmanxeber.com-un məlumatına görə, "Neftçi"nin aparıcı üzvü Julius Vobay karyerasını "Qəbələ"də davam etdirməyə yaxındı.

Syerre-leoneli futbolçu maliyyə problemi olan "Neftçi" ilə yeni müqavilə imzalamaq niyyətində deyil. 3 aylıq maaşların da "Neftçi" də verilməməsi Vobayı alternativ varianta əl atmağa vadar edir.

Əgər "Neftçi" legionerini razı sala bilməsə futbolçu "Qəbələ"ylə müqavilə imzalayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43