Kateqoriyasız

“Neftçi”nin Antalyada son sınağı

Təlim-məşq toplanışını Antalyada davam etdriən “Neftçi” bu gün sonuncu yoxlama oyunun çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” Ukraynanın “Desna” klubu ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” bundan əvvəlki hər iki yoxlama oyununda məğlub olmuşdu. Paytaxt təmsilçisi ilk matçda Polşanın “LSK Lodz” komandasına 0:4, ikinci görüşündə isə “Dinamo”ya (Kiyev) 1:2 hesabı ilə məğlub olub.

Yoxlama oyunu

18:00 “Neftçi” – “Desna”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43