14 İyul 2026
Ölkə futbolu

“Neftçi”nin futbolçusu “Kəpəz”də – RƏSMİ

Transfer çalışmaları çərçivəsində “Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori Gəncə təmsilçisinə keçib. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb.

24 yaşlı oyunçu mövsümün sonuna kimi icarə əsasında “sarı-göylər”in formasını geyinəcək.

Ohori ötən mövsümün ilk yarısını Litvanın “Transinvest”, ikinci hissəsini isə “Neftçi”də keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43