02 İyul 2026
Ölkə futbolu

“Neftçi”yə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqda məlumat verildi – FOTOLAR

“Neftçi”nin məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

İdmanxeber.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan tədbir AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.

Seminarda komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43