Kateqoriyasız

“Ölkə üçün çətin dönəmdir” – Kadi Borges

“Cəbhədə həyatını itirənlərə başsağlığı verirəm. Ölkə üçün çətin dönəm olduğunu bilirəm. Şəhidlərin ailə üzvlərini qucaqlamaq və bağrıma basmaq istərdim”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Kadi Borges Bakıda Fransanın “Nant” komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan əvvəl mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi sabah çətin oyuna çıxacaqlarını söyləyib: “Bizi rəqabətli matç gözləyir. Rəqib haqqında məlumat almışıq. Ümid edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq. Bu görüşdə qalib gəlmək istəyirik”.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43