Dünya futbolu

“Qayıdacam və təslim olmayacağam” – İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç karyerasını bitirmək fikrində deyil.

İdmanxeber.az-ın məlumatına görə, 40 yaşlı futbolçu bu barədə özü danışıb. O. “La Gazzetta dello Sport”a açıqlamasında “Mən tezliklə qayıdacağam. Karyeramı bitirmək fikrində deyiləm. Qayıdacağam və təslim olmayacağam” – deyə, bildirib.

İbrahimoviç bu ilin may ayında dizindən əməliyyat olunub. İsveçli hücumçunun qayıdışı 2023-cü ilin yanvarında gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43