06 İyul 2026
Ölkə futbolu

“Olimpiya” – “Qarabağ” oyununun hakimləri açıqlandı

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Olimpiya”ya qarşı keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, matçı bolqarıstanlı FİFA referisi Georgi Kabakova Martin Marqaritov və Diyan Valkov laynsmanlar qismində yardımçı olacaqlar. Radoslav Gidzhenov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Tərəflər arasındakı cavab görüşünü isə İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FİFA referisi Alexandro Ernandes ollacaq.

Ona yan xətt hakimləri qismində Xose Naranyo və Dieqo Sançes Royo kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Muniz Ruiz yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. İlk görüş avqustun 24-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43