04 İyun 2026
Dünya futbolu

Onananın Türkiyə klubuna keçidinə razılıq verilib

“Mançester Yunayted”in qapıçısı Andre Onana karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, kamerunlu qolkiperin “Trabzonspor”a icarəyə verilməsi razılaşdırılıb və yaxın günlərdə rəsmi təsdiq gözlənilir.

Onana 2023-cü ilin yayından “Mançester Yunayted”də çıxış edir və müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43