04 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Millimizin futbolçusu ciddi zədə aldı – bir neçə ay oynamayacaq 

Millimizin futbolçusu  ciddi zədə alıb.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Edqar Adilxanovdan gedir. Futbolçu Avropa çempionatı seçmə mərhələsi çərçivəsində keçirilən Portuqaliya görüşündə (0:5) meydana çıxsa da, dünən Bolqarıstan matçında forma geyinməyib.

Buna səbəb onun ayağında ağrıların olmasıdır. Adilxanovun durumunun ciddi olduğu bildirilir. Futbolçunun təxminən 2 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Xatırladaq ki, U-21 millimizin üzvü “Şamaxı”da çıxış edir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43