“Əl-Nəsr”in hücumçusu Cəlaleddin Maşaripov komandadan ayrılıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
29 yaşlı özbək 2021-ci ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, ümumilikdə 45 matçda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

