Ölkə futbolu

“Panatinaikos”un baş məşqçisi: “Qəbələ”yə oynamağa imkan vermədik”

“Ən yaxşı komanda növbəti mərhələyə keçdi. Hər iki oyunda rəqibdən üstün idik”. İdmanxeber.com-un məlumatına görə, bu sözləri Yunanıstanın “Panatinaikos” klubunun baş məşqçisi Marinos Ozounidis deyib.

Afina təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Qəbələ” üzərində qələbə qazanıb və iki oyunun nəticəsinə görə növbəti mərhələyə adlayıb.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalıçdırıcı fikirlərini bildirib: “Düşünürəm ki, daha yaxşı oynaya və oyunun taleyini erkən həll edə bilərdik. Fikirləşirəm ki, hər iki oyunda yaxşı oynadıq. Biz oyuna necə köklənmişdiksə, elə də start verdik. İlk qolu biz buraxsaq da, özümüzü erkən ələ aldıq. üçüncü qolu da vurmaq imkanımız var idi. Ümumi götürsək, öz komandamdan razıyam. Çünki “Qəbələ” asan rəqib deyil. Mənim fikrimcə, “Qəbələ”yə oynamağa imkan vermədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43