Ölkə futbolu

Roman Qriqorçuk “Panatinaikos”un qat-qat gücündən danışdı

“Çatışmayan cəhətimiz nədi, onu aydınlaşdıracağıq. Ümumi götürsək, rəqib bizdən qat-qat güclü idi”. İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının 3-cü təsnifat mərhləsinin “Panatinaikos”la cavab oyunundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib. Mübarizəni dayandıran əyalət təmsilçimizin çalışdırıcısı sözlərinə bu cür davam edib: 
“İlk hissədə müəyyən qədər zəif oynadıq. Amma bunu ikinci hissə barədə demək düzgün deyil. Rəqibi ikinci hissənin əvvəlində öz qapısına sıxdıq və qol vurmağı bacardıq. Təəssüf ki, qələbə hesabını sonadək qoruya bilmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43