27 Fevral 2024
Ölkə futbolu

Pantiç məharətini göstərdi – VİDEO

“Bakı” klubu Premyer Liqa matçlarına hazırlıq zamanı fərqli formalardan yararlanır.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, baş məşqçi Milinko Pantiç cərimə zərbələri üçün xüsusi hazırlıq keçir.

Təmrinə əsasən 5 nəfərlik süni “canlı sədd”in önündə duran futbolçular növbə ilə cərimə nöqtəsindən dəqiqliklərini yoxlayırlar. Edin Nuredinoskinin qoruduğu “çərçivə”ni Əfran İsmayılov, Aleksandr Şoliç, Risto Ristoviç, Elvin Məmmədov və Mario Horvat yoxlamadan keçiriblər.

Saatyarımlıq səhər məşqindən sonra verilən tapşırığı İsmayılov, Horvat və Şoliç daha dəqiq yerinə yetirib. Son tur “İnter”lə matçda (2:2) cərimə zərbəsindən fərqlənən Əfran yenə diqqət mərkəzinə düşüb. Çünki Pantiç oyunlar zamanı daha çox onun topun arxasına keçməsinə üstünlük verir. Üstəlik, çalışdırıcı hazırlıq zamanı özü də qapıya vurduğu zərbələrlə futbolçularına “master klass”ını göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43