Kateqoriyasız

Paşayev üçün 90 dəqiq və qələbə

Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” Türkiyədə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Ukrayna təmsilçisi  Qazaxıstanın “Kızıl Jar” klubu ilə qarşılaşıb. Görüş “Aleksandriya”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paşayev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43