Dünyadan

Paşinyan Azərbaycan bayrağını yandıran şəxslə bağlı qərar verdi

Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran erməni dizayner Aram Nikolyanın İctimai televiziyanın stilist studiyasının rəhbəri vəzifəsindən azad olunması barədə göstəriş verib.

İdmanxeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş stilist Aram Nikolyan tərəfindən nümayişkəranə şəkildə yandırılıb. Bu səbəbdən Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi Ağır Atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması ilə bağlı qərar qəbul edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43