Ukrayna millisinin və “Roma” klubunun hücumçusu Artyom Dovbik zədə səbəbindən komandanın UEFA Avropa Liqası üçün yenilənmiş heyətinə salınmayıb.
İdmanxeber.az-ın məlumatına görə, bud nahiyəsindən zədə alan forvardın bir müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Məşqçilər korpusu onun bu mövsüm Avropa Liqasında oynamamasına qərar verib.
Qeyd edək ki, “Roma” birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanıb.

