12 İyul 2026
Dünya futbolu

Pele yenə evləndi

Dünyanın ən yaxşı futbolçularından biri olaraq qəbul edilən Pele 3-cü dəfə evlənib.

İdmanxeber.com-un məlumatına görə,75 yaşlı əfsanə 6 ildir eşq macərası yaşadığı Marsia Aoki Sibele ilə ailə həyatı qurub.

Qeyd edək ki, ilk evliliyindən 3 uşağı olan Pelenin, ikinci həyat yoldaşından isə 1 övladı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43