İtaliyanın “Milan” klubu növbəti transferini reallaşdırmağa çox yaxındır.
İdmanxeber.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, “qırmızı qaralar” “Beşiktaş”ın yarımmüdafiəçisi Joze Ernesto Sosayla anlaşıb.
Lakin İstanbul klubunun argentinalı oyunçunun transferinə hələ ki razılıq vermədiyi ortaya çıxıb.
Qeyd edək ki, Sosanın “Beşiktaş”dan ayrılması bir müddətdir ki, gündəmdədir.

