Peşəkar Futbol Liqası və “Misli” “ayın qolu” layihəsinə start verir.
İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, avqust ayından etibarən Misli Premyer Liqasında başlayacaq layihə çərçivəsində PFL tərəfindən ayın “TOP-5” qolu müəyyənləşdiriləcək.
Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər.
Qalibə “Misli” və PFL tərəfindən mükafatlar təqdim olunacaq.

