İdman

“Penalti var idi” – Marselo

“Real”ın futbolçusu Marselo Çempionlar Liqasının yarımfinalında “Bavariya” ilə cavab oyununda (2:2) hakimin penalti təyin etmədiyi epizod haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, bununla bağlı o deyib: “Bəli, top əlimə dəymişdi. Penalti var idimi? Məncə, var idi”.

Qeyd edək ki, “Real” iki matçın nəticəsinə (2:1, 2:2) əsasən finala çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43