Misli Premyer Liqasının 29-cu turunun ən çox azarkeş qeydə alınan matçı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, bu, “Şamaxı” – “Neftçi” qarşılaşmasıdır. Şamaxıda baş tutan görüşü tribunalardan 1500 azarkeş izləyib.
Turun ən az azarkeşi isə “Araz Naxçıvan” – “Sumqayıt” matçında müşahidə edilib. Qarşılaşmanı cəmi 400 nəfər izləyib.
Digər matçlardakı tamaşaçı sayı belədir:
“Səbail” – “Turan Tovuz” – 750
“Sabah” – “Kəpəz” – 1149
“Qarabağ” – “Zirə” – 800

