“İmişli” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi azərbaycanlı hücumçu Nahid Əliyevlə maraqlanır. İmişli təmsilçisi 20 yaşlı forvardın xidmətində maraqlıdır.
Tərəflər arasında bir müddətdir danışıqlar gedir. Hələlik razılıq əldə olunmayıb. Əliyevin xidmətində I Liqa klubları da maraqlıdır.
Xatırladaq ki, hücumçu ötən mövsümü Azərbaycan I Liqasında çıxış edən Mingəçevir”də keçirib. O, mövsümü 7 qolla tamamlayıb.

