Dünya futbolu

Premyer Liqa klubu baş məşqçini buraxmır

İngiltərənin “Vest Hem” klubunun baş məşqçisi Devid Moyes komandadan ayrılmayacaq.

İdmanxeber.az-ın məlumatına görə, 60 yaşlı mütəxəssis bu mövsüm Premyer Liqada uğursuz çıxışına baxmayaraq, klubla işləməyə davam edəcək. Rəhbərliyin ona güvəndiyi bildirilir. 

35 turdan sonra 37 xal toplayan “Vest Hem” turnir cədvəlində 15-ci yerdədir. Komandanın Konfrans Liqasındakı çıxışı onun gələcəyi üçün önəmli olacaq.

Londonlular Niderlandın AZ komandası ilə qarşılaşacaqları turnirdə yarımfinala yüksəliblər. İlk oyun mayın 11-də İngiltərədə keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43