06 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubu “Qarabağ”ın futbolçusunu istəyir

“Qarabağ”ın futbolçusu Marko Yankoviç karyerasını Rusiyada davam etdirə bilər.

İdmanxeber.az “metaratings.ru” saytına istinadən xəbər verir ki, “Ural” klubu oyunçunun xidmətində maraqlıdır. Mənbə Rusiya Premyer Liqa təmsilçisinin Ağdam klubu ilə danışıqlara başladığını da qeyd edib. 

28 yaşlı oyunçu 2022-ci ildən “Qarabağ”da çıxış edir. O, komandanın heyətində 40 oyun keçirib, 2 qol vurub və 8 assit edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43