Dünya futbolu

Premyer Liqa klubu türkiyəli oyunçunu istəyir

“Fənərbağça”nın qapıçısı İrfancan Eğribayat karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Sauthempton” oyunçunun xidmətində maraqlıdır. 24 yaşlı qapıçı ilə Premyer Liqa klubu təmasa keçməyə hazırlaşır.

Müqavilə ilə “Göztepe” klubuna məxsus olan qolkiper İstanbul təmsilçisində icarə əsasında çıxış edir. “Fənərbağça” İrfancanın satın alma hüququna sahibdir.

24 yaşlı qapıçı əsas heyətin üzvü Altay Bayındırın zədəsi səbəbindən forma şansı görüb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43