Dünya futbolu

“Çempionlar Liqasına çıxmışıq, hələ də hamı məyusdur”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yerli mətbuata açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, London klubunun çalışdırıcısı komandasının Premyer Liqada son oyunlardakı nəticələri səbəbindən özünə yönəlik tənqidlərə cavab verib:

“Mən bunun ədalətsiz olduğunu düşünmürəm, bu futboldur. “Arsenal” hər kubok üçün mübarizə aparmalıdır. Ən çox bəyəndiyim odur ki, Çempionlar Liqasına vəsiqə qazandıq, amma hamı hələ də məyusdur.

İrəli getmək istəyiriksə, belə də olmalıdır. Kədərlənirib daha çoxunu istəməliyik”

“Arsenal” 75 xalla Premyer Liqa turnir cədvəlində “Mançester Siti”dən bir xal geri qalaraq ikincidir. Bundan əlavə, rəqibin bir oyunu ehtiyyatdadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43