14 İyul 2026
Dünya futbolu

Premyer Liqadan Madrid klubuna

“Aston Villa”nın qapıçısı Emiliano Martines karyerasını  İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Atletiko” klubu maraqlıdır. Artıq tərəflər arasında ilkin razılıq əldə edilib.

32 yaşlı qolkiperin Birmingem təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43