“Real”ın yarımmüdafiəçisi Brahim Dias İngiltərə Premyer Liqasında çıxış edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Liverpul” futbolçunun xidmətində maraqlıdı. 25 yaşlı karyerasını “qırmızılar”da davam etdirə bilər.
Diasın Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonunda başa çatacaq. O, bu mövsüm İspaniya çempionatının 19 oyununda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

