Kristof Qaltye gələn mövsüm PSJ-ni çalışdırmayacaq.
İdmanxeber.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, bugünkü “Klermont”la oyunundan sonra 56 yaşlı fransızı istefaya göndərəcəklər. Qaltye ötən yay PSJ-nin başına keçərək iki illik müqavilə imzalayıb.
Fransalı mütəxəssisin işdən çıxarılmasına irqçilik ittihamları ilə bağlı qalmaqal təsir edib.

