06 İyul 2026
Dünya futbolu

PSJ Mbappenin ayrılacağını qəbul edib

PSJ rəhbərliyi hücumçu Kilian Mbappenin 2024-cü ildə “Real”a keçəcəyinə inanır.

İdmanxeber.az-ın məlumatına görə, klub futbolçunun növbəti müqaviləni qəbul edəcəyini düşünmür. 24 yaşlı hücumçu Paris klubu ilə 2024/25 mövsümü üçün müqavilənin uzadılması variantını aktivləşdirməyib.

O, 2024-cü ildə azad agent kimi komandanı tərk edə bilər. “Kral klubu” bu fürsətdən istifadə edib Mbappeni rənglərinə bağlamaq niyyətindədir. 

Fransalı forvard bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol vurub, 10 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43