17 İyul 2026
Dünya futbolu

PSJ Messinin yerinə onu istəyir

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını PSJ-də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubu futbolçunun transferi uğrunda mübarizənin favoritidir. Oyunçu ilə “Barselona” da maraqlanır.

Daha əvvəl bildirilmişdi ki, parislilərin rəhbərliyi portuqaliyalını Lionel Messini əvəzləmək üçün bir nömrəli namizəd hesab edir.

2022/23 mövsümündə Silva 54 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43