Dünya futbolu

PSJ Ramosa müqavilə təkif etməyə hazırlaşır

PSJ Serxio Ramosla müqavilə uzatmaq niyyətindədir.

İdmanxeber.az “Marca”ya istinadən xəbər verir ki, məşqçilər heyəti 36 yaşlı futbolçunun performansından razıdır. Rəhbərlik Ramosa yeni müqavilə təklif edəcək.

Ancaq klub maliyyə feyr-pleyi səbəbindən təcrübəli müdafiəçiyə indikindən fərqli olaraq daha aşağa maaş təklif edəcək. Tərəflər yaxın vaxtda danışıqlara başlayacaq. 

Bu mövsüm Ramos La Liqada 24 oyun keçirib və 1 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43