Milli komanda Ölkə futbolu

“İki heç-heçə uğurlu seriyanın davamı olacaq” – Zaur Həşimov

“Qarşıdakı oyunlarda rəqiblər Avropanın sayılıb-seçilən komandalarıdır. Bu görüşlərdə ikinci planda mübarizə aparacağımız dəqiqdir. İki matçda da məğlub olmamağı uğurlu nəticə hesab etmək olar”.

Bu sözləri idmanxeber.az saytına “Zirə”nin sabiq baş məşqçi Zaur Həşimov Azərbaycan millisinin AVRO-2024 seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Avstriya və İsveç görüşləri barədə danışarkən deyib.O, daha sonra belə davam edib:

“Millinin 5 oyunluq seriyası var, bunun davam etməsini istəyərdim. Çətin görünsə də, iki heç-heçə seriyanın davamı ola bilər. Çünki Həm Avstriya, həm də İsveç bütün komponentlərdə bizdən üstündür. Üstəlik rəqiblər millimizi öz meydanlarında qəbul edəcəklər. Bu amil də onların gücünə güc qatacaq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43