Dünya futbolu

Mançini narazıdır: “Maksimum 7-8 italiyalı futbolçu var”

Roberto Mançini İtaliya mətbuatına müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis A Seriyasının böyük klublarında yerli oyunçuların olmamasından şikayətlənib. O, bunun özləri üçün çətin olduğunu bildirib:

“Üç komandamız Çempionlar Liqasının 1/4 finalına yüksəlib, lakin klublarda maksimum 7-8 italiyalı futbolçu var. Reallıq budur. Əvvəllər məşqə getməmişdən öncə küçədə uşaqlarla futbol oynayırdıq. Hər yerdə bu oyuna maraq var idi, çox sevilirdi. 

İndi belə bir şey yoxdur. Uruqvay, Argentina və Braziliya kimi ölkələrdə bu adət hələ də qalmaqdadır. Bu səbəbdən də onlarda yeni futbolçuların yetişməsi təsadüfü deyil”.

İtaliya AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda cümə axşamı İngiltərə ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43