Dünya futbolu

Jesusun “Fənərbağça”da qalmaq üçün şərti var

“Fənərbağça”nın baş məşqçisi Jorje Jesus komandada qalmaq üçün şərtlərini açıqlayıb.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin müqaviləsi bu ilin mayında başa çatır. Onun mövsüm sonu İstanbul klubundan ayrılacağı gözlənilir. 

Ancaq mənbə yazır ki, Jesus “Fənərbağça”da qala bilər. Belə ki, onun rəhbərlikdən şərtləri var. İlk öncə komandanın bu mövsüm çempion olub-olmaması baş məşqçinin qərarına təsir edəcək.

Əgər “Fənərbağça” çempion olsa, Jesusun şərti Çempionlar Liqası ilə bağlı olacaq. Onun rəhbərlikdən transfer büdcəsi ilə bağlı ciddi tələbi var. 

Portuqaliyalı çalışdırıcı ÇL-də iştirak üçün transfer büdcəsini özü təyin etmək niyyətindədir. Əgər klub rəhbərliyi bununla razılaşsa, Jesus daha bir mövsüm “Fənər”də qala bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43