11 İyul 2026
Ölkə futbolu

Panama millisinin sabiq üzvü “Turan Tovuz”da – rəsmi

“Turan Tovuz” heyətinə daha bir legioner futbolçu cəlb edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Tovuz klubu panamalı Roderik Millerlə anlaşılıb.

31 yaşlı müdafiəçi ilə 3 ay + 1 il müddətli rəsmi müqavilə bağlanıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

Qeyd edək ki, Panamanın U-20 və U-23 yığmalarında da oynamış Roderik ölkəsinin əsas yığmasında 33 oyun keçirib, 1 qol vurub. O,  O, Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn” klublarında oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43