“Barselona”nın futbolçusu Jordi Alba İspaniya mətbuatına açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçu Lionel Messinin komandaya qayıtma ehtimalından danışıb. O, bunun klub üçün əla olacağını bildirib:
“Messinin qayıtmasını istərdim, amma bunun baş verib-verməyəcəyini bilmirəm. Leonun PSJ ilə müqaviləsi olduğu üçün bu haqda danışmadıq.
Mən onun qayıtmasını istərdim. Bu həm klub, həm də Messi üçün daha yaxşı olardı”.
Argentinalı bir müddətdir PSJ ilə müqavilə uzatmaq üçün danışıq aparsa da, tərəflər razılığa gələ bilmir.

