“Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 2024/25 mövsümünün sonunda başa çatan müqavilə artırılmayıb.
2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Elvin “Qəbələ”də 22 oyun keçirib.
Klub ona təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

