14 İyul 2026
Ölkə futbolu

“Qəbələ”də yeni təyinat

“Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Asəf Zeynallı klubun Media və Marketinq Departamentinin yeni rəhbəri təyin olunub.

O, bunadək “CBC Sport” telekanalında Xəbərlər Departamentinin redaktoru vəzifəsində çalışıb. Həmçinin, müxtəlif daxili və beynəlxalq idman yarışlarını şərh edib.

A.Zeynallı əvvəllər müxtəlif mətbuat orqanlarında idman müxbiri kimi fəaliyyət göstərib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43