“Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov karyerasını ölkə xaricində davam etdirə bilərdi.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Türkiyənin I liqa təmsilçisi “Boluspor” 26 yaşlı oyunçunu transfer etmək istəyib. Hətta Bolu klubu oyunçunun meneceri ilə əlaqəyə keçsə də, keçid başa tutmayıb.
Buna səbəb İsgəndərovun “Qəbələ” ilə razılığa gəlməsidir. O, “qırmızı-qaralar”dan maaşının artırılmasını tələb edib. Rəhbərlik də bununla razılaşıb.
“Boluspor”la yanaşı, Premyer Liqa təmsilçilərimiz “Səbail” və “Sumqayıt” da futbolçunun transferində maraqlı olub.
Ancaq Ülvi rəhbərliklə razılığa gəldiyi üçün və komandanın avrokuboklarda iştirak etməsi səbəbindən daha yüksək maaş təkliflərini geri çevirib.
Xatırladaq ki, İsgəndərov “Qəbələ” ilə 2025-ci ilin yayına kimi müqavilə yeniləyib.
Həsən Quluzadə

