Kateqoriyasız

“Qəbələ”nin rəqibi “Qalatasaray”ı məğlub etdi – VİDEO

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Fehervar” yoxlama oyunu keçirib.

Idmanxeber.az xəbər verir ki, Macarıstan təmsilçisi Avstriyada təlim-məşq toplanışında “Qalatasaray”la qarşılaşıb. Görüş “Fehervar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qəbələ” ilk oyununu iyulun 21-i səfərdə keçirəcək. Cavab görüşü iyulun 28-i Qəbələdə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43