Ölkə futbolu

“Qəbələ”yə qarşı yaxşı oynadıq” – italiyalı məşqçi

“Hər iki hissədə də yaxşı çıxış etdik. Nəticədən razı qaldım. “Qəbələ”yə qarşı yaxşı oynadıq”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Rumıniyanın “Sepsi” klubunun baş məşqçisi Kristiano Berqodi Türkiyədəki təlim-məşq toplanışında “Qəbələ” ilə keçirilən yoxlama görüşü (2:2) barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis daha sonra belə davam edib:

“Hesabda iki dəfə geriyə düşsək də, cavab qollarını vura bildik. Gündə iki dəfə məşq keçdiyimiz üçün yorğunluq tam gücümüzlə oynamağımıza mane oldu. Futbolçuların matçı zədəsiz başa vurmalarına çox sevinirəm”.

Qeyd edək ki, “Qəbələ” Antalya toplanışında növbəti oyununu yanvarın 14-də Almaniya klubu “Lukenvalde”yə qarşı keçirəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43